Azad olunmuş torpaqlarımızda minaların təmizlənməyi hansı vəziyyətdədir? -HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Müharibədən sonra işğaldan azad olunan ərazilərdə təbii ki, əsas humanitar problem ərzilərin kütləvi minalanmasıdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Minalanmış ərazilərin təmizlənməsi üçün, Azərbaycan dövləti iki istiqamətdə mina təmizləmə işlərini davam etdirir. 1-ci humanitar mina təmizləmə əməliyyatı və 2-ci isə hərbi mina təmizləmə əməliyyatlarıdır. Hərbi mina təmizləmə əməliyyatları yəni hərbi strukturların həyata keçirtdiyi hərbi infrastruktur ərazilərində həyata keçirilən mina təmizləmə işləridir. İkinci bir məsələ isə humanitar mina təmizləmə işləridir. Bu əməliyyatlar ən çox yaşayış yerlərində, mülki yerlər üçün nəzərdə tutulmuşdur. Bu məsələ çox çətin və problemli bir məsələdir. Ermənistanın təəssüf ki, ötən iki il ərzində ərazilərin mina xəritəsini təqdim etmədi və bu minaların aşkarlarnmasında və təmizlənməsində Azərbaycan müəyyən çətinliklərlə üzbəüz qaldı. Və bu gündə bu çətin təmizləmə işləri davam etdirilir. Həmçinin beynəlxalq təşkilatlar və humanitar təşkilatlar, dünyanın iri dövlətləri hansı ki Azərbaycana bu istiqamətdə dəstək göstərə bilərdilər. Amma onlar heç biri bu günə qədər Azərbaycanın yanında olmadılar. Azərbaycan öz imkanları ilə sayəsində əldə etdiyi satın aldığı texnologiyalarla məhdud sayda mütəxəssislərin iştirakı ilə ərazilərin minalardan məhdud sayda təmizlənməsinə nail olmuşdur. Çox təəssüflər olsun ki, ermənilər müharibədən sonra ərazilərin minalanması ilə bağlı tədbirləri həyata keçirtdi. Bu özü çox dəhşətli bir faktdır. Bu özü böyük bir hüquq pozuntusunun yaranması deməkdir. Bu minaların böyük bir əksəriyyəti isə piyadalar əleyhinə olan minalardır. Lakin bir çox beynəlxalq təşkilatlar bu hadisəyə göz yumur və bu məsələ ilə bağlı heç bir təsbir görmürlər. Lakin Azərbaycan dövləti maksimum şəkildə bu problemin aradan qaldırması ilə bağlı tədbirlərini davam etdirir və biz ümid edir ki, tezliklə bütün işğaldan azad olunmuş torpaqlarımız minalardan təmizlənmiş olar".
Bütün xəbərlər Facebook səhifəmizdə