"Tokayev türk dövlətləri ilə yaxınlaşmağa başladı" POLİTOLOQ ŞƏRH ETDİ

"Qazaxıstanda keçirilən növbədən kənar prezident seçkilərində gözlənildiyi kimi Tokayev böyük səs çoxluğu ilə qələbə qazandı. Bu gözlənilən idi. Cünki Nazarbayevdən sonra bu vəzifəni icra edən Tokayev əvvəlcə Rusiyaya meyilli siyasət yürütdüyü görünürdü, yanvar hadisələrinidə xatırlasaq əhali ayağa qalxdı və Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarını Almataya dəvət elədi və onlar üsyanı yatızdırdılar. Üsyan bitdikdən sonrada tezliklə həmin qoşunlar Almatadan çıxarıldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bəzi siyasi şərhçilər bunu Çinin təkidi ilə edildiyini, bəziləri isə Tokayevin özünün öz siyasi dünya görüşündə dəyişiklik etdiyini, öz xalqına güvəninin artırdığını görə etdiyini bildirirlər. Tokayev bu hadisələrdən sonra doğurdan da 180 dərəcə dəyişdi, xalqı üçün yeni islahatlar etməyə başladı, korrupsiyaya qarşı ciddi mübarizələr etməyə başladı. Korrupsiyada adı hallanmış böyük dövlət adamlarını vəzifədən uzaqlaşdırdı. Eyni zamanda növbədən kənar prezident seçkiləri elan etdi. Bu dövrdə Tokayev türk dövlətləri ilə yaxınlaşmaöa başladı. Eyni zamanda o Azərbaycana səfər etdi. Azərbaycanla siyasi və iqtisadi münasibətlərini daha da gücləndirdi. Türk birliyi dövlətləri ilədə əlaqələrini daha da artırdı. Tokayev Alamatada keçirilən sonuncu "Şanxay Əməkdaşlıq Konfransında" Türkiyə prezidenti Ərdoğana Qazaxıstanın ən ali ordenini təqdim etdi. Azərbaycan Prezidentinə xüsusi hörmət və diqqət göstərdi. Və bundan əlavə görünən odur ki, artıq Tokayev "Türk Birliyi"-nin ən mübariz üzvlərindən birinə çevrilir. Çünki bunu onun etdiyi əməllərdən görmək olur. Gələcəkdə də seçkilərdən sonra da mən düşünürəm ki, Tokayev Azərbaycanla, Türkiyə ilə və digər orta asiya ölkələri ilə türk təşkilatı dövlətlərinin üzvləri ilə daha yaxından sıx əlaqələr quracaq. İqtisadiyyatlarını inkişaf etdirəcək. Siyasi qurum kimi bu təşkilatın çəkisi daha da artacaq. Güman edirəm ki, gələcəkdə bu türk dövlətlər təşkilatının özünün hərbi birləşmələridə yaranacaq. Biz Qazaxıstanda Tokayevin yenidən prezident seçilməsini alqışlayırıq və bizim gələcəkdə əməkdaşlığımız daha da yaxınlaşacaq".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə