"Pandemiya həyatımıza inanılmaz dərəcədə təsir edib" AKADEMİYA RƏHBƏRİ AÇIQLADI

"Pandemiya şəraiti etika və milli dəyərlərə çox təsir edib". Etika Akademiyasının rəhbəri Günel İbrahim SİA-ya açıqlamasında pandemiyanın insanların həyat şəraitinə təsiri haqqında danışıb.

Onun sözlərinə görə, pandemiya həyatımıza inanılmaz dərəcədə təsir edib: "Əvəllər o qədər də önəmli olmayan etika, bu dönəm çox vacib amilə çevrilib. Xüsusilə, ailə daxilində, həyat yoldaşları arasında harmoniya olmalı olduğu halda, bu əsasən, baş verməyib. Niyyətdən qıcıq əmələ gəlir. Qıcıq da elə bir şeydir ki, dilə tökülür. Hətta elə xanım var ki, süfrəyə yoldaşının önünə yemək qoyanda adi bir "nuş olsun" sözünü belə ondan əsirgəyir. Bütün bu ailədaxili münaqişələr səbəbindən etika kurslarına tələbat artıb. Bu da pandemiyanın müsbət tərəflərindən biridir".

Günel İbrahim onu da qeyd edib ki, bu dönəmdə boşanma və intihar halları da artıb: "Sərt karantin zamanı qapanmalar olduğundan demək olar ki, hər yer bağlandı. Nəticədə, ər-arvad 24 saat evin içində olduğundan münaqişələr yaşandı. Bütün bu amillər də boşanmaya sürükləyir. İntihar isə pandemiya ilə yox, ətalətlə bağlıdır. Uşaqlara başa salmaq lazımdır ki, həyat internetdə deyil, kitablarda, dostluqda və ailədədir. İntiharda sosial şəbəkənin elə də böyük rolu yoxdur. Xəstə ruh sosial şəbəkə olmadan da intihara meyl edərək, özünü məhvə aparacaq".

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə