104 yaşli qarı koronavirus “cəngindən” qurtulub

Rusiyanın Penza şəhərinin həkimləri 104 yaşli bir qarını koronavirus “cəngindən” qurtara biliblər. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, 104 yaşli bir qarı xəstəxanaya ailə üzvləri-qızı və kürəkəni ilə birgə gətirilib. Belə ki, aparılan müalicədən sonra hazırda nənənin vəziyyəti qənaətbəxş qiymətləndirilir və artıq evə buraxılmağa hazırlanır.

Həkimlərin dediyinə görə, təxminən iki həftə müalicə edilən nənə konservativ kompleks terapiya edilib. Belə ki, lazımi tövsiyələr alındıqdan sonra nənənin vəziyyəti ambulator mərhələdə də izləniləcək.

Qeyd edək ki, bir müddət bundan əvvəl Qaraçay-Çərkəz Respublikasında ağciyərinin 90 faizində zədələnmə olan hamilə qadını da rus həkimləri xilas edə biliblər. Belə ki, koronavirusa yoluxan qadın xəstəxanaya hamiləliyin yeddinci ayında gətirilibmiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə