“Sağlamlıq üçün ən təhlükəli alkoqollu içki kokteyldir”. Bu fikirləri rusiyalı psixiatr-narkoloq Dmitri Qubarev bildirib. Mütəxəssisin fikrincə, kokteylin tərkibində çox miqdarda boya və ətirlər olur ki, bütün bunlara da fərqli spirt əlavəsi onu insan orqanizmi üçün təhlükəyə çevirir.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qubarevə görə, əksər hallarda içki konsentratdan hazırlanan pivə də insan bədəni üçün zərərlidir.

Qeyd edək ki, rusiyalı həkim üzüm şirələrinin təbii mayalanması ilə əldə edilən şərabı ən təhlükəsiz alkogollu içki kimi təqdim edir. Onun fikrincə, dərəcəsi 9-13-dən çox olmayan şərablar insan orqanizmi üçün elə də təhlükəli deyil.

Xatırladaq ki, bir müddət bundan əvvəl başqa bir rusiyalı psixiatr-narkoloq İveri Kizitski iki həftədə bir dəfədən çox spirt istehlakını alkoqolizm kimi qəbul edildiyini bildirmişdi. O, bu zaman, yəni alkoqol qəbulundan sonra hər bir insanın həyat keyfiyyətinin azaldığını xüsusi qeyd etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə