"Nike" “şeytan ayaqqabısı” istehsal edən şirkəti məhkəməyə verdi YENİ FAKTLAR ÜZƏ ÇIXDI
"Nike" içərisində insan qanı olan “şeytan ayaqqabısı” istehsal edən şirkəti məhkəməyə verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, idman geyimləri sahəsində dünya brendi olan firma, bazasında insan qanı olan "şeytan ayaqqabıları" satan New-York mərkəzli bir şirkəti məhkəməyə verib. "Nike" iddia qaldırdığı məhkəmədə, ayaqqabıların onların icazəsi olmadan istehsal edildiyini və heç bir şəkildə layihə ilə əlaqəli olmadığını bildirib. "MSCHF" şirkəti, "Nike"ın "Air Max 97" ayaqqabılarının altına qırmızı mürəkkəb və bir damla insan qanı əlavə edərək onu onlayn olaraq təqdim edib.
Artıq bazarda "MSCHF"nın şeytan ayaqqabılarına “Nike” tərəfindən icazə verildiyini qəbul etdikləri üçün boykot çağırışları kimi anlaşılmazlıq əlamətləri var. "Nike" məhkəmədə “MSCHF”-dan məhsulların paylanmasını dərhal dayandırılmasını istəyib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB