Pandemiya makiyaj trendini dəyişdirdi YENİ İMİCLƏR

Koronavirus makyaj trendini dəyişdirib. SİA-nın xarici mətbuata istinadən paylaşdığı məlumata görə, maska sayəsində yeni trend göz makiyajıdır. Kosmetik məhsullar arasında ən çox satılan məhsullar göz üçün olan makiyaj materiallarıdır.

Göz makiyajı maska ​​səbəbi ilə seçilməyə başlayıb. Kosmetik məhsul satan dükan sahibləri qadınların göz makiyajına diqqət etdiklərini və göz üçün daha çox makiyaj materialları satdıqlarını ifadə edirlər. "Tonalni" krem, ənlik və dodaq boyasından istifadə azalıb.

Epidemiyaya görə qadınlar məcburi maskalar səbəbi ilə üzlərinə daha az makiyaj etməyə başlayıblar. Maska xaricində gözlərinə makiyaj tətbiq etməklə məşğul olduqlarını söyləyən qadınlar, demək olar ki, ənlik və dodaq boyası kimi məhsullardan istifadə etmirlər. Ən çox istifadə edilən göz makiyaj materialları arasında tuş, qələm, tuş və göz kölgəsi üstünlük təşkil edir.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə