Avokado, kefir, tut, üzüm uşaqların qida rasionuna daxil edilməsi lazım olan qidalardır. Somon, yüksək Omega-3 tərkibinə görə uşaq menyularında ən azı həftədə bir dəfə istifadəsi mütləqdir. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata görə, Uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi, həkim Armağan Oğuz uşaqlar üçün faydalı qidalardan bəhs edib.
Həkimin sözlərinə görə, super qida termini "sağlamlığa yaxşı təsir edən" mənasında istifadə olunur: "Lakin bir çox fərqli qida məhsulları qanuni meyarları olmadığı üçün ticari səbəblərdən "yaxşı qida" olaraq satıla bilər. Bu səbəblə, övladınızın sağlamlığı üçün seçdiyiniz qidaların yetişdirilməsindən tutmuş, tərkibinə qədər olan bütün mərhələlərə diqqət yetirmək lazımdır".
Avakado: A, B, C, E, K vitaminləri dəmir, mineral və bol lif daxil olmaqla körpənizin inkişafı üçün faydalı meyvədir. Həmçinin, salatlarda yağ kimi də istifadə edilə bilər. Yumşaq quruluşu sayəsində körpələrdə asanlıqla həzm olunur.
Brokoli: Ən çox C vitamini olan tərəvəzlərdən biridir. Bol lif ehtivası və bədənin müqavimətini dəstəkləməsi onu çox qiymətli bir tərəvəz halına gətirir. Onu buxarda yaxşı bişirərək körpənizə verə bilərsiniz. 1 yaşınadək olan körpənizin asanlıqla qavraya biləcəyi tərəvəzdir.
Tut: Çox faydalı bir meyvədir. Tut dəmir, E, C və K vitaminləri, kalium, maqnezium və kalsiumla zəngin olub, protein tərkiblidir. Onda olan C vitamininin miqdarı portağaldan 3 dəfə çoxdur. Həm həll olunan, həm də həll olunmayan lif tərkiblidir. Tut həm də yaxşı bir antioksidandır.
Salmon: Yüksək omeqa 3 və protein tərkibi ilə məşhur bir balıq növüdür. Uşaq menyularında ən azı həftədə bir dəfə olması lazım olan bir qidadır.
Üzüm: Yaxşı bir antioksidandır, əsasən tünd rənglidir. Beyin inkişafını və qan hüceyrələrinin istehsalını dəstəkləyir. Bol miqdarda dəmir və A, B və C vitaminləri ilə zəngindir.
Kefir: Türk mədəniyyətində çox üstünlük verilən bir qidadır. Çox yaxşı bir probiyotik mənbəyi olan maya və faydalı bakteriyalar tərkibli zənginləşdirilmiş süd içkisidir. İmmunitet sistemini gücləndirir. Tərkibindəki yüksək kalsium sayəsində sümük inkişafını dəstəkləyir. B1, B2, B5, C və K vitaminləri və daha çox mineral ehtiva edir. 6 aydan yuxarı körpələrdə pəhrizə daxil edilməlidir.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB