Moda trendlərinin ən ləzzətli dövrünə qədəm qoyulub. Qalın paltarları və qış ayaqqabılarını ayırmağın vaxtı gəlmişkən, şkaflara da yaza uyğun parçaları yerləşdirməyin tam zamanıdır. Yazın müjdəçisi qalın qış paltarlarını qarderobdan ayırmaqdır. Yaz və yay aylarında alış-veriş olduqca maraqlı prosesdir. Həm büdcənizə qənaət edib, həm də öz tərzinizi ən yaxşı şəkildə dizayn edə bilərsiz.
Dəbdən düşməyən qarderob parçaları
1.Üst geyimi - trençkot.
Trençkot palto artıq hər kəs üçün zərurətdir. Modada trendini heç vaxt itirməyən bu geyim yaz mövsümü vitrinlərində yerini alıb. Bu yalnız baharda deyil, payızda da istifadə edə biləcəyiniz bir geyimdir. Qəhvəyi, yaşıl və qara rəngləri ən çox seçilənlər arasındadır.
2.Balonka jilet.
Əyində duruşu ilə insanları valeh edən bu jilet bu mövsüm həm qadınlar, həm də kişilər arasında populyardır. İstənilən paltarla asanlıqla birləşdirəcəyiniz jiletlə baharı qarşılaya bilərsiniz.
3.Baharı donla qarşılayın.
Həm işdə, həm də xüsusi günlərdə qurtarıcı don qarderobunuzda mütləqdir. Trikotaj, atlaz və ya şifon seçə bilərsiniz. Yaz paltarını ya hündürdaban ayaqqabılar, ya da idman ayaqqabıları ilə rəngləndirə bilərsiniz. Donu cins gödəkçə ilə geyinmək də stilinizə fərqlilik qatar.
4.Yüksək bel və bol paça şalvarlar.
Hande Erçel kimi məşhur adlarda tez-tez gördüyümüz çantalı şalvarları bu mövsüm görəcəyik. İdman dəstlərini sevənlərin sevimli parçası olan bu modeli blazer zərifliyi ilə tamamlaya bilərsiniz. İdman və ya topuqlu ayaqqabı seçimi tamamilə geyim tərzinizdən asılıdır.
5. Çox məqsəd üçün istifadə olunan blazer.
Blazerlər son illərdə çox populyarlaşır. İstifadəsi asan və hər mühitə asanlıqla uyğunlaşa bilmə qabiliyyətinə görə çox yönlü bir insansınızsa, yaz qarderobunuzda blazer üçün yer ayıracağınıza əmin olun. Bu modellə görüşdən sonra planlaşdırılmamış xüsusi bir yeməyin ulduzu siz ola bilərsiniz.
6. Qurtarıcı qara çanta.
Qarderobunuzda düşünmədən ala biləcəyiniz və hər bir geyimə uyğun qara çantanın olması vacibdir. Poçtalyon çantası, hobo çantası və ya çiyin çantası olduqca dəbdədir. Əhvalınıza mənfi təsir etməyəcək bir çanta qarderobunuzda mütləq olmalıdır.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB