2050-ci ilədək olan dövrdə suya olan qlobal tələbat 55 faiz artacaq - BMT
Planetin 2 milyard sakinin təmiz içməli suya birbaşa çıxışı yoxdur. Bununla yanaşı, ekspertlərin proqnozlarına görə 2000-ci ildən 2050-ci ilə qədər olan dövrdə suya olan qlobal tələbat 55 faiz artacaq. Bu barədə BMT-nin planetin su ehtiyatlarının vəziyyətinə həsr olunmuş yeni məruzəsində bildirilir.
SİA xəbər verir ki, bu məruzə 22 mart – Ümumdünya Su ehtiyatları Günü ilə əlaqədar bazar ertəsi günü dərc olunub.
Hesabat “suyu qiymətləndirmək” adlanır. BMT-də hesab edirlər ki, məhz bu yanaşma su resurslarının qorunmasına və planetin bütün sakinlərinin təmiz su ilə təmin olunmasına kömək edəcək.
"Su bizim ən qiymətli resursumuzdur,"mavi qızıldır", 2 milyard insanın ona bilavasitə çıxışı yoxdur. Su həm sağ qalmaq üçün lazımdır, həm də sanitariya sahəsində mühüm rol oynayır, cəmiyyətdə mühüm sosial və mədəni əhəmiyyətə malikdir", - deyə UNESCO-nun Baş direktoru Odre Azule bildirib.
"Suyun dəyəri böyükdür. Su ilə bağlı olmayan davamlı inkişafın bir dənə də aspekti mövcud deyil. Mənim üçün su müdafiə deməkdir", - deyə BMT-nin Baş katibi söyləyib.
O əlavə edib ki, içməli su, sanitariya, gigiyena, çirkab suları, transsərhəd idarəetmə, ətraf mühit daxil olmaqla, suyun istifadəsinin səmərəli şəkildə tənzimlənən dövrü bizi xəstəliklərdən qorumağa, layiqli həyat səviyyəsini təmin etməyə və iqlim dəyişikliyi və artan qlobal su tələbi ilə bağlı problemləri həll etməyə kömək edəcək.
Məruzə müəllifləri xatırladırlar ki, Avropa və Mərkəzi Asiya regionunda çoxlu sayda transsərhəd su resursları, o cümlədən iki və ya daha çox dövlətin ərazisində yerləşən çaylar vardır. Belə resurslardan istifadə edilməsi və saxlanması ölkələr arasında sıx əməkdaşlıq, o cümlədən bu sahədə ikitərəfli sazişlərin qəbul olunmasını tələb edir.
Məruzədə bildirilir ki, Kür çayı hövzəsi Azərbaycan və Gürcüstan üçün ən mühüm su mənbəyidir. Bu ölkələr transsərhəd əməkdaşlığın qiymətləndirilməsi metodologiyasını işləyib hazırlamış, daşqınlar ilə bağlı riskləri, potensial zərərləri və xərcləri, habelə su ehtiyatlarının birgə idarə olunmasından əldə olunan gəlirləri hesablayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
Siyasət 15:52Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb
Siyasət 13:4925 Noyabr – Kəlbəcər Şəhəri Günü - DEPUTAT
Siyasət 13:36Conson: Putin sonunun yaxınlaşdığını bilir
Dünya 13:15Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq
Hadisə 12:52AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb
İqtisadiyyat 12:49“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
İqtisadiyyat 12:46Vaşinqtonun Türkmənistan qazına yolu - RAKURS
Siyasət 12:23Konqres Putinin G20 sammitində iştirakına qarşı çıxdı
Siyasət 12:21İran yenə şərt qoydu
Dünya 12:19Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 11:59Məhkəmə olayı və siyasi texnologiyalar
Sosial 11:54Bəzi rayonlara qar yağır, külək güclənir
Hadisə 10:23Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb
Siyasət 10:22Azərbaycan XİN Surinamı təbrik edib
Siyasət 10:20Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib
İqtisadiyyat 10:19Azərbaycan nefti 96 dollara satılır
İqtisadiyyat 09:55AZAL “Sərfəli Cümə” kampaniyası elan edir
İqtisadiyyat 09:53Hər uğursuzluğun dərsə çevrilməsi vacibdirmi? - KÖŞƏ
Sosial 09:03Bu gün 1500 abonentin qazı kəsiləcək
Sosial 06:05Avropa Komissiyası 11 ölkəyə XƏBƏRDARLIQ ETDİ
Dünya 05:04Tərtər sakini su quyusunda boğulub
Hadisə 04:06Hollivud ulduzu boşandığı ərinə 3,5 milyon dollar ödəyəcək
Şou-Biznes 03:22Sahil Babayev Monteneqronun Baş naziri ilə görüşüb
İqtisadiyyat 02:02Ərdoğanın müavini istefa verib? - İDDİA
Siyasət 01:03Andrey Arşavin Bakıda
İdman 24 Noyabr 23:19"Son dərəcə ehtiyatlı olun" - yol polisi küləkli hava ilə bağlı xəbərdarlıq etdi
Sosial 24 Noyabr 23:03Səhiyyə nazirinə yeni müşavir təyin edildi
Sosial 24 Noyabr 22:32Azərbaycana gələn turistlərin sayı niyə AZALIB? - Komitə məlumat yaydı
Sosial 24 Noyabr 22:19Türkiyədə hərbi helikopter qəzaya uğrayıb- TƏCİLİ
Dünya 24 Noyabr 22:02Diyetoloqlar C vitamini qəbul etməməyin yollarını izah etdilər...
Səhiyyə 24 Noyabr 21:52Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 24 Noyabr 21:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8607
+0,32%
-
GBP
2,2252
+0,39%
-
RUB
2,0719
-0,13%



