Köhnə fotoları canlandıran tətbiq Sanki ölülər dirilir

Sosial mediada paylaşılan II Əbdülhəmidin fotolarının hərəkətli versiyası, üz canlandırma texnologiyasının son nümunələrindən biridir. SİA-nın xarici mətbuata istinadən paylaşdığı məlumata görə, "MyHeritage" adlı bir şirkət tərəfindən təklif olunan "Deep Nostalgia" tətbiqi ilə fotoşəkillərdəki insan üzləri canlandırıla və videoya çevrilə bilər.

"Soy ağacı" saytı MyHeritage, Deepfake texnologiyasından istifadə edərək fotoları canlandıran Deep Nostalgia tətbini istifadəyə verib.

Bu tətbiq vasitəsilə ölən qohumlarınızın fotolarını hərəkətli hala sala bilərsiniz. Lakin, tətbiqdə səs özəlliyi yoxdur.

Bəzi şirkətlərin fikrincə bu tətbiq qorxulu, bəzilərinin fikrincə isə sehrlidir. Onu da qeyd edək ki, tətbiq nostalji məqsədlər üçün qurulub.

PROQRAMDAN NECƏ İSTİFADƏ ETMƏK OLAR?
MyHeritage-in www.myheritage.com.tr/deep-nostalgia veb saytına daxil olaraq və ana səhifədəki 'Fotoşəkili Yüklə' düyməsini basaraq istədiyiniz şəkli canlandıra bilərsiniz. 30 saniyəlik yüklənmədən sonra sistem tərəfindən aşkarlanan insan üzləri sağa-sola hərəkət edən və gülümsəyən bir videoya çevrilir. İstəsəniz videonu pulsuz yükləyə bilərsiniz.

Fotoşəkilləri videoya çevirmək üçün sayta üzv olmalısınız. İlk 10 foto pulsuzdur, sonra sayt hər foto üçün haqq tələb edir. Proqramı Apple Store və Google Play Store-dən də yükləmək olur.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə