Saçqurutma maşını olmadan saçları qurutmağın əsas təhlükəsi...

Saç ustası Sofi Merz saçların düzgün qurudulmamasının nəticələri ilə bağlı vacib məlumatlar paylaşıb.

O, saç qurutma maşınından istifadə etməməyin baş dərisində göbələk infeksiyası riskini artırdığını izah edib.

SİA-nın məlumatına görə, Merz, bu məlumatı TikTok hesabında paylaşıb.

Mütəxəssisin sözlərinə görə, nəm saçlar qaşınma, kəpək və hətta seboreik dermatitə səbəb olan mikroorqanizmlərin böyüməsi üçün əlverişli bir mühit yaradır.

Saç qurutma maşınından istifadə artıq nəmi effektiv şəkildə aradan qaldırır və bu kimi problemlərin qarşısını alır.

Merz həmçinin saç baxımı vasitələrinin, o cümlədən fırçaların və yastıq üzlərinin təmiz saxlanılmasının vacibliyini vurğuladı, çünki çirk və qalıq nəmlik bakteriya və göbələklərin böyüməsinə kömək edir.

Saçlara düzgün qulluq saç qurutma maşınının müntəzəm istifadəsini və şəxsi gigiyena vasitələrinin gigiyenasını qorumağı əhatə edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə