5000 ildən çox yaşı olan qədim məbəd aşkar edilib...

Bu kəşf alimlərin dünyanın ilk şəhərlərinin mənşəyi haqqında anlayışlarını dəyişdirə bilər...

...Süleymaniyyə əyalətinin şimal hissəsində, İraqın şimalındakı Zaqros dağlarının ətəyində yerləşən Kani Şayeh arxeoloji ərazisində yeraltı basdırılmış monumental bir tikili aşkar edilib.

SİA-nın məlumatına görə, bu barədə Live Science yazır.

...Əgər bu tikilinin monumental təbiəti təsdiqlənərsə və hazırda üzərində işlədiyimiz budursa, kəşf Uruk və ətraf bölgə haqqında anlayışımızı inqilab edə bilər, - deyə kəşfçilər bildirirlər.

Arxeoloqların fikrincə, tikili eramızdan əvvəl 3300-3100-cü illərdə inşa edilib.

Qədim Urukda 80.000 nəfər yaşayırdı və şəhərin özü 400 hektara qədər ərazini əhatə edirdi.

Şəhərdə inzibati və yaşayış məntəqələri kimi müxtəlif məqsədlər üçün küçələr və zonalar sistemi mövcud idi. Qazıntı direktorları tikilinin Kani Şayeh torpaq kurqanının yuxarı hissəsində tapıldığını deyirlər. Binanın memarlıq üslubu onun rəsmi bir bina olduğunu göstərir.

Xüsusilə, alimlər bunun "kult məkanı" və ya ibadət üçün məbəd olduğuna inanırlar. Qazıntı sahəsində icma daxilində sərvətin "sosial nümayişi"nin simvolu ola biləcək qızıl kulon parçaları da tapılıb. Arxeoloqlar həmçinin Uruk dövrünə aid, inzibati və siyasi hakimiyyətlə əlaqəli silindr möhürləri də tapıblar.

Komanda həmçinin gips divarları bəzəmək üçün istifadə edilən bişmiş gildən hazırlanmış qədim dekorativ konuslar da tapıb. Daha sonra dizaynlar rənglənərək divarda mozaika effekti yaradıb. Bu dizaynlar əksər hallarda üçbucaq və ziqzaq kimi həndəsi naxışlar olub.

Arxeoloqların fikrincə, bu cür divar bəzəkləri binanın ictimai və ya mərasim quruluşu olduğuna dair əlavə dəlillər təqdim edir. Ziqqurat üslubunda tikili ilk dəfə Urukda peyda olub və sonradan Mesopotamiya sivilizasiyaları tərəfindən məbəd tikintisində istifadə edilib.

Uruk həmçinin kahinlərin xüsusi geyimlər geyinməyə və dini ikonoqrafiyaya sahib olmağa başladığı ilk yer ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə