Rumıniyada Roma koloniyasının xarabalıqları aşkar edilib...

Rumıniyanın Alba İuliya şəhərindəki (Alba qraflığı) Milli Birləşmə Muzeyinin arxeoloqları qədim Roma koloniyası Aurelia Apulensisin xarabalıqlarını qazıblar.

SİA xəbər verir ki, bu barədə g4media.ro məlumat verib. Portala görə, koloniyanın xarabalıqları şəhər hüdudlarında avtobus deposu tikintisi üçün torpaq hazırlığı zamanı aşkar edilib.

Arxeoloq Radu Otanın sözlərinə görə, bu yer "ümumbəşəri dəyərə malikdir" və Avropanın ən böyük ərazilərindən biridir. Qeyd olunur ki, alimlər qazıntı sahəsində evlərin və küçələrin qalıqlarını aşkar ediblər.

Aurelia Apulensis koloniyası təxminən eramızın 107-108-ci illərində İmperator Trayanın hakimiyyəti dövründə təsis edilib.

Koloniya Roma Dakiyasının əsas mərkəzi hesab olunurdu və bir vaxtlar regionun paytaxtı olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə