...Bilmirəm, rastlaşmısınız yoxsa, yox, amma bəziləri ərlərini və ya arvadlarını telefonlarında adları ilə qeyd edirlər.
Və bəziləri isə ləqəblərdən istifadə edirlər.
Məsələn, “sevimlim”, “əzizim” və hətta “cüllütüm” ayamaları ilə öz həyat yoldaşlarının adlarını telefonuna qeyd edənlərlə rastlaşmışam.
Yox, iraq olsun-filan demirəm, amma türkiyəli bir kişi telefonunda arvadının nömrəsinə qeyd etdiyi ayamaya görə, bədəlini ödəməyə məcbur edilib...
SİA-nın məlumatına görə, onun həbsxanaya göndərilməməsi... yaxşı haldır.
Deməli, Türkiyənin Uşak şəhərinin sakini ərinə qarşı məhkəmə iddiası qaldırıb. Qadın boşanmaq və eyni zamanda evlilik dövründə məruz qaldığı emosional zorakılığa görə keçmiş ərindən təzminat tələb etmək qərarına gəlib.
Türk qadın hətta bu zorakılığa dair dəlillər də təqdim edib.
Bunlardan biri əri ilə şəxsi telefon mesajlarıdır.
Belə ki, evli ikən kişi dəfələrlə arvadına təhdid və alçaldıcı mesajlar göndərirmiş, o cümlədən ona sözarası "Şeytan üzünü görsün" deyərmiş.
Maraqlıdır ki, qadın bunu qəbul edir.
Amma ərinin onun adını telefoninda “Tonmbik” kimi qeyd etməsini heç çür qəbul etmək istəmir. (...əslində deyilənə görə qadın guya bir az əndamlıymış və...-A.B.)
Və o da maraqlıdır ki, məhkəmə bu ittihamı əsas götürərək, dəlilləri qəbul edib və... cütlük boşanıb.
Yeri gəlmişkən, Türkiyə qanunlarına görə, başqa bir şəxsin şərəf və ləyaqətinə edilən hücumlar cərimə ilə yanaşı, iki illik həbs cəzası ilə də cəzalandırılır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB