Rus qadın xaricdən özü ilə timsah gətirirmiş...

...Vyetnama səfər bir rus qadın üçün gözlənilmədən başa çatdı: xoş xatirələr əvəzinə, o, böyük bir cərimə ödəməli olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Federal Gömrük Xidməti bildirib ki, qadın Kam Ran şəhərindən gələrkən Novokuznetsk hava limanında gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Məlum oldu ki, problem qeyri-adi bir alışdan qaynaqlanır: rus qadın tətildən beynəlxalq CITES müqaviləsi ilə qorunan nadir bir nümunə olan doldurulmuş siam timsahı gətirib.

Federal Gömrük Xidmətinin mütəxəssislərinin izah etdiyi kimi, bu kateqoriya heyvan qanunla nəsli kəsilməkdə olan bir növ kimi qorunur.

Turist bildirib ki, o, bu cür əşyaların daşınmasını tənzimləyən sərt qaydalardan tamamilə xəbərsiz olaraq, kolleksiyasına əlavə etmək üçün alıb.

Lakin dedikləri onu məsuliyyətdən azad etmir: indi qadın qanunu pozduğuna görə iki inzibati ittihamla üzləşir və unikal suvenir əbədi olaraq dövlətin nəzarətində qalacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə