Bir dilim tort 25 illik evliliyə son qoyub...

...ABŞ-dan olan 46 yaşlı qadın evliliyinin 25-ci ildönümünü faciəvi şəkildə qeyd etdikdən sonra ərindən boşanmaq qərarına gəlib.

SİA-nın məlumatına görə, o, hekayəsini Reddit forumunda paylaşıb. Qadının izah etdiyi kimi, o, yubiley şənliyinin əri ilə münasibətlərini gücləndirəcəyini gözləyirdi. Son aylarda vəziyyəti pisləşmişdi: hətta ayrı-ayrı otaqlarda da yatırdılar. Ancaq əri onu bayram səfəri ilə təəccübləndirməyə qərar verdi.

Amerikalı qadın ən yaxşısına ümid edirdi, lakin demək olar ki, dərhal işlərin rəvan getməyəcəyindən narahat oldu. Əvvəlcə əri onu Şenandoah Vadisinə, əvvəllər dəfələrlə ziyarət etdikləri yerə apardı. Qadın daha çox şey gözlədiyini etiraf etdi.

İkincisi, o, bir vaxtlar bir daha qayıtmayacağına söz verdikləri oteli sifariş etdi. Üçüncüsü, o, əvvəlcədən restoran seçə bilmədi, ona görə də bunu etməli oldu.

Lakin qadının nikahı bitirməsinə səbəb bu deyildi; sadə bir tort parçası idi...

Deməli, amerikalı qadının dediyinə görə, nahardan sonra əri ilə birlikdə bananlı cheesecake sifariş edib və özləri ilə evə aparıblar.

Kişi yatmazdan əvvəl onun dilimini yeyib, lakin qadın səhər yeməyi üçün onun dilimini saxlamağa qərar verdi. Ancaq səhər tort soyuducuda olmayıb. Qadın bunun harada olduğunu soruşduqda, ər sözün əsl mənasında desert qırıntıları olan qutunu göstərib.

Həmin anda boş qutudakı qırıntılar mənə bu evlilikdən əldə etdiklərimin - onun qırıntılarının simvolu kimi görünürdü...

Bunu amerikalı qadın dyib.

Həmin gün ona bütün bu illər ərzində əri üçün hər şeyi etsə də, demək olar ki, heç nə almadığını başa düşməyə kömək etdi.

...Mən nəinki tortumu yeməyəcək, həm də onu qoruyacaq və heç kimə verməyəcək bir insana layiqəm, -deyə ərinə deyib və ondan ayrılıb.

...Daha əvvəl Çinin Şanxay şəhərindən olan gənc cütlüyün yeni doğulan övladına ad seçə bilmədiyi üçün boşandığı bildirilirdi.

Bu səbəbdən uşağa bir ildən artıq müddət ərzində nə doğum haqqında şəhadətnamə verilə, nə də peyvənd oluna bilməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə