Pişik sahibinə döş xərçəngini aşkar etməyə kömək edib..?

...Braziliyalı jurnalist Eleyn Kosta, pişiyinin ciddi bir xəstəliyi aşkar etməsinə necə kömək etdiyi ilə bağlı əlamətdar hekayəni paylaşıb.

Qadının dediyinə görə, onun pişiyi yatmazdan əvvəl müntəzəm olaraq onun sinəsi üstə uzanır və bu təsadüfən deyilmiş.

SİA-nın məlumatına görə, bu barədə Terra xəbər verir.

...Və bu hallardan birində Kosta narahatlıq hiss edib. Yəni pişik onun sağ döşünə basdıqda, sahibi narahatlıq hiss edib və həmən yerdə bir parça şiş tapıb. Cəmi iki gün sonra o, mammoloqa müraciət edib və orada ona döş xərçənginin üçüncü mərhələsi diaqnozu qoyulub.

Jurnalist bir neçə ay kimyaterapiyadan keçib və hazırda əməliyyata hazırlaşır.

O, gələcəyə nikbin baxır və yeni implantları ilə Sapucaí Karnavalında samba rəqsi etmək arzusundadır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə