...İndiyədək delfinlərin niyə özlərini sahilə atmaları ilə bağlı çoxsaylı nəzəriyyələr var idi.
Məsələm mümkün səbəblər kimi ovçuluq, okeanın çirklənməsi, deyim ki, hətta qocalıq da göstərilirdı.
Lakin amerikalı tədqiqatçılar bu məməlilərin beynini araşdırarkən təəccüblü bir nəticəyə gəliblər.
Deməli, bu günlərdə alimlər Florida ştatında, Atlantik okeanı sahilində ölü tapılmış 20 delfini araşdırıblar.
SİA Daily Mail-ə istinadən bildirir ki, Miller Tibb Məktəbinin alimləri ölü delfinlərin beyinlərində zülal yığınları və dolaşıq komissural liflər aşkar ediblər.
Bu dolaşıq liflər iki yarımkürə arasında körpü rolunu oynayır və aralarındakı əlaqəni saxlayır.
Alimlərin fikrincə, tapılan topaklar və dolaşıq sinir lifləri demans diaqnozu qoyulmuş insanlarda çox rast gəlinir. İnsanlarda bu sindrom yaddaşın və düşüncə proseslərinin azalmasına səbəb olur.
İnsanlar fikirlərini aydın ifadə etmək və ətrafdakıları idarə etmək qabiliyyətini itirirlər.
Deyəsən, delfinlərlə də oxşar bir şey baş verir. Bəs niyə? Tədqiqatçıların fikrincə, okean/dəniz məməlilərində “demensiya”nın ən bariz səbəbi siyanobakteriyalar və ya mavi-yaşıl yosunlardır.
Bu bakteriyalar bir vaxtlar planetin atmosferini oksigenlə zənginləşdirərək, heyvan və bitkilərin Yer kürəsinə çıxmasını asanlaşdırıblar.
Ancaq indi onlar əks məqsədə - canlıların ölümünə xidmət etdilər.
Məsələ burasındadır ki, alimlər delfin cəsədlərini tədqiq edərkən siyanobakteriyaların yaratdığı zəhərli maddə aşkar ediblər.
Şişe burunlu delfinlərin bədənlərində onun səviyyələri qrafiklərdən kənar idi. Bu, məməlilərin beyninin ünsiyyət və yaddaşdan məsul olan bölgələrdə zədələnməsinə səbəb olur. Nəticədə delfinlər Alzheimer xəstəliyinə bənzər bir şey inkişaf etdirdilər - onlar nə etdiklərini başa düşə bilməyib quruya atılırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə