Ulan-Udedən olan təqaüdçü 63 ildir ki, mənzil növbəsi siyahısındadır, lakin hələ də mənzil almayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Mash Telegram kanalı Rusiya şəhərindəki vəziyyətə diqqət çəkib.
Zinaida Vladimirovna hazırda mərkəzi Sobornaya küçəsində 1917-ci ildə tikilmiş uçuq-sökük taxta daxmada yaşayır.
O, 1963-cü ildə yeni mənzil üçün növbələrə qoşulub.
Köhnə binanın dam örtüyü su keçirir, eyvanı və sobası dağılıb, tavanda böyük çatlar var. Qışda evi qızdırmaq üçün səkkiz yük maşını odun yandırmalı olur.
2016-cı ildən bəri təqaüdçü gözləmə siyahısında birincidir. 2020-ci ildə onun hazırkı evi yaşayış üçün yararsız elan edilib və şəhər rəhbərliyi onun üçün uyğun bələdiyyə mənzilinin olmadığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə