...SİA-nın məlumatına görə, Teleqraf.com xəbər verir ki, xilasedicilər dörd gündür göbələk yığan zaman itən yaşlı qadını meşədə tapdıqlarını bildiriblər.
Qadının axtarışlarına oktyabrın 15-də polis Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb və iki gün əvvəl meşəyə mobil telefonsuz getdiyi və onun hansı istiqamətə getdiyi məlum olmayan təqaüdçü barədə məlumat verdikdən sonra başlayıb. Xilasedici qruplar piyada olaraq təxminən 7,5 kvadrat kilometr meşə və bataqlıqda axtarış aparıblar.
Onlar texnika vasitəsilə əlavə 195 kilometr meşə yollarını qət ediblər.
Axtarışlara ümumilikdə 23 texnika və Fövqəladə Hallar Nazirliyinin 59 nəfər canlı qüvvəsi, o cümlədən bir pilotsuz uçuş aparatı cəlb olunub. Sonda sərhədçilərlə birgə işləyən xilasedicilər qadının yerini müəyyən ediblər.
Təqaüdçü tibbi yardıma ehtiyac duymayıb.
...Və yeri gəlmişkən hadisə, Belarusda, Brest yaxınlığındakı Stolində yaşanıb...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə