Telegram-ın yaratdığı yeni təhlükə barədə xəbərdarlıq...

Rusiyada prokurorluq bunu ruslara xatırladır...

...Fırıldaqçıların fəaliyyətinə görə Telegram ruslar üçün təhlükə yaratmağa başlayıb.

SİA xəbər verir ki, bu barədə İrkutsk vilayətinin prokurorluğu məlumat yayıb.

Nəzarət orqanının hesabatına görə, fırıldaqçılar ruslara zərərli APK faylları göndərməyə başlayıblar.

Fayla əlavə edilən mesajda fırıldaqçılar alıcıdan videoda təsvir edilənin olub-olmadığını soruşur və onu fayla baxmağa sövq edirlər.

...Əgər şəxs videoya baxmaq üçün fayla klik edərsə, onun cihazı dərhal Mamont Trojanına yoluxacaq. Bu virus fotoşəkilləri köçürmək, bütün mesajları və bank bildirişləri də daxil olmaqla push-bildirişləri oxumaq qabiliyyətinə malikdir.

Mamont elə qurulmuşdur ki, o, zərərli APK faylını ilkin alıcının əlaqə saxladığı insanlara ötürə bilər.

Smartfonu troyanla yoluxdurmaq fırıldaqçıların təkcə bütün şəxsi məlumatlara deyil, həm də bank hesablarına giriş əldə etməsi ilə nəticələnə bilər.

...Buna görə də, yad insanlarla ünsiyyət qurarkən son dərəcə diqqətli olmalısınız.

Prokurorluq bunu ruslara...bir daha xatırladır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə