...Monqolustanın Bayanxonqor vilayətində qazın aparan arxeoloqlar eramızın 13-cü əsrinə aid məzarda nadir mumiya aşkar ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mumiyalanmış qalıqlar 45-50 yaşlarında dünyasını dəyişən kişiyə məxsusdur. Onun o dövrün standartları ilə 180-188 santimetr olan boyu alimləri təəccübləndirib.
Yerli iqlim sayəsində mumiya yaxşı qorunub saxlanılır ki, bu da qalıqların ətraflı öyrənilməsinə imkan verir.
Belə ki, tədqiqatçılar 800 il əvvəl yaşamış bir insan haqqında onun dərisini, saçını, dırnaqlarını, hətta barmaq izini yoxlayaraq öyrənə bilərlər.
Alimlərin fikrincə, burada nəcib bir insan dəfn edilib. Türbə özü də dövrün dəfn adətlərinə xas üslubda tikilib. Qəbirdən yak dərisindən tikilmiş ənənəvi monqol geyimi olan zəngin bəzədilmiş dəl aşkar edilib. Burada 13-14-cü əsrlərdə monqol zadəganlarına xas qarderob əşyaları da tapılıb.
...Bu kəşf bizim tədqiqatımızda əsl sıçrayışdır. Mumiya bizə nəinki konkret insanın həyatı haqqında daha çox məlumat əldə etməyə, həm də o dövrün monqol köçərilərinin mədəniyyəti və məişəti haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.
Bunu ekspedisiyanın rəhbəri doktor Bat-Erdene Sukhe-Bator Akipress-ə bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə