Həkimlər fiziki fəaliyyətin uzun ömrün açarı və bir çox xəstəliklərin qarşısını almağın bir yolu olduğunu təkid edirlər. Sağlam qalmaq üçün bir neçə qaydaya əməl etməlisiniz.
SİA-nın bu sahə üzrə mütəxxəsislərdən əldə etdiyi məlumata görə, həftədə cəmi 150 dəqiqə orta və ya 75 dəqiqə intensiv fiziki fəaliyyət ömrü uzatmaq və sizi xəstəliklərdən xilas edə bilər.
Mütəxəssislərin qeyd etdiyi kimi, fiziki fəaliyyətin olmaması ilə vaxtından əvvəl ölüm riski müntəzəm idman edənlərlə müqayisədə 33 faiz artır.
Bundan əlavə, fiziki fəaliyyətin olmaması depressiya, vaxtından əvvəl qocalma və xərçəngin inkişafı riski ilə əlaqələndirilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə