...Körpə dekabrın 27-də evdən çıxıb. O, yabanı meyvələr yeyir, şirlərin və yoldan keçən fillərin əhatəsində qayalıqda yatırdı.
Zimbabvedə 7 yaşlı uşaq Tinotenda Pudu beş gün vəhşi aslanlar arasında yaşadıqdan sonra sağ tapılıb.
SİA xəbər verir ki, “Sky News”-un məlumatına görə, körpə dekabrın 27-də evdən çıxaraq Matusadona ov parkına gedib. Xilasedicilər üç gün sonra axtarış əməliyyatı zamanı oğlanın izlərini aşkar ediblər.
…Və bir gün sonra Pudu sağ tapdılar.
Körpə yabanı meyvələr yeyib, şirlərin və yoldan keçən fillərin əhatəsində qayalıqda yatıb.
Deputat Mutsa Murombedzi sosial mediada qeyd edib ki, o, park mühafizəçilərinə, uşağın səsləri eşitməsi və evə yolunu tapması üçün hər gün gecə nağaralarını döyən Nyaminyami icmasına, eləcə də axtarışlara qoşulan hər kəsə minnətdardır. ...Bundan əvvəl İspaniyadan olan turist Tailandda filin hücumu nəticəsində həlak olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə