Fransada orijinal transformasiya avtomobili yaradılıb…

Onun salonu qatlanan divan, kiçik mətbəx və hətta vanna otağı ilə təchiz olunub…

...Fransız kamper treyler istehsalçısı Beauer yeni 2X modelini təqdim edib.

Avtomobil evi 28 990 avrodan başlayan qiymətlərlə satışa çıxarılır. Yeni modelin videosu şirkətin Youtube kanalında yayımlanıb.

SİA-nın məlumatına görə, Beauer 2X motorhome, sürüşmə dizaynı olan boru şəkilli kamp treyleridir.

Transformasiya bir dəqiqə ərzində elektrik sürücüsündən istifadə etməklə baş verir.

Səyyar evin uzunluğu açıldıqda 1,95-dən 3,3 m-ə qədər artır, sahəsi isə 8 kvadratmetrdir.

Beauer 2X-in çəkisi 750 kq-dır, yəni onu demək olar ki, istənilən krossoverlə dartmaq olar. Salonda qatlanan masa və künc divan çarpayısı var, yəni qonaq otağı tez bir zamanda yataq otağına çevrilə bilər.

Kiçik mətbəxdə induksiya plitəsi, lavabo və 90 litrlik soyuducu var.

Üstəlik içəridə hamam üçün yer də var. Beauer 2X avtomobili akkumulyator və 19 litr su üçün çən ilə təchiz olunub və əlavə ödəniş müqabilində başqa çən quraşdıra bilərsiniz. Seçimlərə həmçinin dam üçün günəş panelləri, lavabo, qatlanan çardaq və velosiped dayanacaqları daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə