...Çinin Henan əyalətində arxeoloqlar eramızdan əvvəl 6000-ci ilə aid uşaq skeletinin fraqmentlərini aşkar ediblər. Tədqiqat nəticəsində oğlanın bir və ya bir neçə xəstəlikdən əziyyət çəkib və təxminən səkkiz yaşında öldüyü ehtimal olunur.
SİA-nın məlumatına görə, tədqiqatın nəticələri International Journal of Osteoarchaeology jurnalında dərc olunub.
Çin alimləri hələ 2001-ci ildə Jiahu arxeoloji sahəsində aparılan qazıntılar haqqında məlumat yayıblar.
Qəbirlərdən birində üç nəfərin, o cümlədən bir uşağın qalıqları tapılıb. Tədqiqatçılar ayağın sümüklərində, ehtimal ki, xüsusi alətlərlə işlənmiş çoxsaylı kəsiklər aşkar ediblər. Mütəxəssislər hesab edirlər ki, bunlar uşağın xəstəliyi ilə bağlı dəyişikliklər ola bilər və ya kəsiklər mərhumun axirətdəki əzabını yüngülləşdirmək üçün edilib.
Tədqiqatçılar vurğulayırlar ki, Jiahudakı kəşf qədim təcrübələri və inancları anlamaq üçün vacibdir. Sümüklər üzərindəki oymalar əcdadların ruhun başqa bir dünyaya keçidini asanlaşdırmaq istəyini əks etdirə bilərdi.
Jiahunun əhəmiyyətinə baxmayaraq, sümük qalıqları çox vaxt zəif qorunduğu üçün belə tapıntılar nadirdir. Əlavə tədqiqatlar qədim Çin xalqlarının həyat və inanclarının əlavə aspektlərini aşkar edə bilər.
Arxeologiyada texnoloji nailiyyətlər antik dövrün əvvəllər həll olunmamış sirlərinin öyrənilməsi üçün yeni üfüqlər açır. ...Afrikada qəbilə üzvlərinin tarixdən əvvəlki insan Homo naledini dəfn etdikləri ən qədim məzar tapılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə