Mütəxəssis sintetik xalçaları seçməyi tövsiyə edir, çünki onlar çirklənməyə və çürüməyə daha az həssasdırlar, həmçinin kilimləri, xüsusən uzun xovluları müntəzəm olaraq təmizləməyi məsləhət görürlər. Nəm təmizlikdən sonra xalçalar yaxşıca qurudulmalıdır.
SİA-nın məlumatına görə, qapı xalçaları sadəcə bəzək kimi görünə də bilər, amma onlara diqqət edilmədiyi təqdirdə sağlamlıq risklərinin mənbəyi də ola bilər.
Məsələn bu sahə üzrə mütəxxəsisin izah etdiyi kimi, uzun xovlu xalçalar rütubətli şəraitdə, xüsusən payız və qışda aktiv şəkildə çoxalmış bakteriyaların və kif göbələklərinin yığılmasına xüsusilə həssasdır.
Mütəxəssislərin fikrincə, kif allergiya, tənəffüs xəstəlikləri və astma tutmalarına səbəb ola bilər. Bundan əlavə, xalçalar təhlükəli mikroorqanizmlər və helmint yumurtalarını ehtiva edə bilən küçə kirlərini toplayır.
Onlar həmçinin allergiyası olan insanların vəziyyətini pisləşdirə bilən polen və ev heyvanlarının tükləri üçün toplama məntəqəsi kimi xidmət edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə