...Tədqiqatçılar belə nəticəyə gəliblər ki, təbii bədən duruşu sadəcə müvəqqəti vəziyyət deyil, sabit fərdi xüsusiyyətdir. Bu, insanın sosial qarşılıqlı əlaqə tərzini əks etdirir.
Bədən dili manipulyatorları tez tanımağa kömək edə bilər.
McGill Universitetindən (Kanada) psixoloqlar tərəfindən 608 nəfərin iştirak etdiyi araşdırma duruş və manipulyasiya xarakter xüsusiyyətləri arasında əlaqə olduğunu göstərdi.
SİA-nın məlumatına görə,bu barədə “Psychologies.ru” xəbər verir.
Düz kürəyi, ayaqları ayrı, çənəsi qaldırılmış və sinəsi açıq olan təbii duruşa malik iştirakçılar dominant və antisosial şəxsiyyət xüsusiyyətləri nümayiş etdiriblər.
Psixoloqların fikrincə, daha dik duruşa sahib insanlar məqsədlərinə çatmaq üçün daha çox manipulyasiya və ya aqressiv davranışlara əl atırlar.
Əvvəllər elm adamları bir sıra dəhşətli xəstəliklərə görə 2025-ci ildə dağılacağını proqnozlaşdırırdılar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə