"Rus Lotto” lotereyası dördüncü dəfə milyard rublluq Yeni il tirajını keçirib. SİA-nın məlumatına görə, bu barədə RBC xəbər verir.

İlkin məlumatlara görə, bu məbləği hələ şəxsiyyəti məlum olmayan Saxalin sakini qazanıb - onun telefon nömrəsi orada qeydiyyatdadır.

Bu, Rusiyada belə qələbə qazana bilən dördüncü şəxsdir. Daha 90 nəfər bir milyon rubldan çox, 81 nəfər isə 123,5 min rubl məbləğində mükafat qazanıb.

Ümumilikdə 3,65 milyard rubl oynanılıb.

...Böyük Britaniyadan olan ər və arvadın lotereyada milyonlarla funt sterlinq udaraq onun böyük hissəsini xeyriyyəçiliyə necə ayırdığı daha əvvəl bildirilmişdi.

Həyat yoldaşlarının bahalı xərcləri arasında yalnız yeni bir avtomobilin alınması və Karib dənizinə səyahət qeyd edildi.

...Görən, ruslar udduqları pulları neyləyəcəklər...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə