Cədvəllə yemək yorğunluqla mübarizə aparmağa kömək edir

Zamanla məhdud yemək fasilələri dözümlülüyü artırır

...Ordu Tibb Universitetinin Cənub-Qərb Xəstəxanasından Çin alimləri interval qidalanmanın xroniki yorğunluğa təsirini araşdırıblar.

SİA-nın məlumatına görə, araşdırma "Science Bulletin" (SciBullt) elmi jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, daimi yorğunluq hissi şəhər sakinləri arasında getdikcə ümumi problemə çevrilir. Vəziyyət əzələ dözümlülüyünün azalması və daimi tükənmə hissi ilə özünü göstərir.

Yeni bir araşdırmada komanda sirkadiyalı qidalanmanın siçanlarda əzələ və koqnitiv disfunksiyanı yüngülləşdirdiyini tapıb. Sirkadiyalı qidalanma, bədənin bioritmi ilə üst-üstə düşən gün ərzində qida qəbulunun vaxtının məhdudlaşdırılmasına aiddir - məsələn, bir insan üçün 16/8...

Heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, fasilələrlə qidalanma piylənməyə meylli gəmiricilərdə dözümlülüyü artırır. Bundan əlavə, heyvanlar bədənin normal çəkisini saxlamağa imkan verən fizioloji xüsusiyyət olan metabolik elastikliyi yaxşılaşdırdılar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə