...Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları yüzilliklərin həyat tərzini araşdıran və 2000-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər nəşr olunan 34 tədqiqat nümunəsini təhlil ediblər.
“Naked Science” xəbər verir ki, nəticədə insanın 95 ildən çox yaşamasına imkan verən bir sıra amilləri müəyyən etmək mümkün olub.
SİA-nın məlumatına görə, burada dörd əsas amil var:
- Yüzilliklərin 78 faizdən çoxu şəhərlərdə deyil, kənd yerlərində yaşayır;
- Onlar ümumiyyətlə sağlam həyat tərzi keçirirlər. Belə ki, onların təxminən 7 faiz siqaret çəkir və 30 faizdən çoxu spirt qəbul etmir. Bu insanların qida rasionunun əsasını yaşadıqları ərazidə istehsal olunan bir növ taxıl məhsulları, həmçinin meyvə-tərəvəz, toyuq, balıq və paxlalılar təşkil edir. Respondentlərin yalnız dörddə biri duzlu yeməyə üstünlük verir, qalanları çətin ki, duz istehlak edir;
-Yüzilliklər digər yaşlı insanlara nisbətən daha az müxtəlif dərman qəbul edirlər;
- Respondentlərin 68 faizinin razı qaldığı yaxşı, keyfiyyətli yuxu.
Lakin, tədqiqat, təəssüf ki, onun müddətini göstərmir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə