İstirahətə “levıy”...gələn həkimin aqibəti...

...Rusiyadan, Kirovdan olan həkim Tailandda rahatlaşdırıcı masaj seansından sonra huşunu itirərək pilləkənlərdən yıxılaraq ölüb.

SİA-nın məlumatına görə, bu barədə Mash Telegram kanalı yazıb.

...Hadisə Pattayada baş verib. Rus pilləkənlərlə enən zaman huşunu itirib və başıüstə yıxılıb.

Hadisə yerinə gələn tibb işçiləri həkimi reanimasiyaya aparsalar da, o, bir gün sonra dünyasını dəyişib.

Yerli həkimlərin fikrincə, ölümə səbəb hündürlükdən yıxılma nəticəsində alınan çoxsaylı xəsarətlər olub.

Deyilənlərə görə, rusiyalı həkim istirahətə “levıy”, yəni arvaddan xəbərsiz sevgilisiylə gəlibmiş.

...Və sevgilisi ilə etdiyi davadan sonra o, masajla dincəlmək qərarına gəlib...bu da sonu.

...Bundan əvvəl Moskvada 30 yaşlı qadın masaj seansı zamanı dünyasını dəyişib.

...Bundan da əvvəl Stavropol sakini Mineralnıye Vodıda masaj zamanı yanıq xəsarəti alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə