Rusların küçə yeməklərinə münasibətləri...

...5,1 min insan arasında aparılan sorğunun nəticələrinə görə, rusların 63 faizi zəhərlənmə qorxusu və ya ikrah hissi səbəbindən küçə yeməklərindən qaçdıqlarını bildirib.

SİA-nın məlumatına görə, respondentlərin əksəriyyətinin küçə yeməkləri almamasının əsas səbəbi budur.

Beləliklə, rəyi soruşulan rusların 16 faizi küçə yeməklərini təhlükəli hesab etdiklərini, lakin yenə də bəzən onu aldığını etiraf edirlər.

Bu insanlar risklərdən qaçmaq üçün etibarlı satış yerləri seçməyə və nadir hallarda küçə yeməkləri almağa çalışdıqlarını qeyd edirlər.

Eyni zamanda, rusların 19 faizi mütəmadi olaraq küçə yeməkləri aldığını və onlarda heç bir təhlükə görmədiyini bildirir.

...“KP.RU” xəbər verir ki, rəyi soruşulan rusların yerdə qalan 2 faizi arasında yalnız evdə hazırlanan yeməkləri yeməyə üstünlük verənlər, eləcə də küçə yeməklərindən qaçaraq kafe və yeməkxanalara üstünlük verənlər var.

...Xatırladaq ki, ABŞ-da hansı qidaların xərçəngə və insanların sürətli qocalmasına səbəb olduğunu müəyyən ediblər.

...Və deyilənlərə görə, guya bir neçə il ərzində ruslar hazır yeməyə olan sevgilərini itirdilər, lakin onu almağa davam edirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə