Yoldan keçənin başına buzlaq düşüb

Sankt-Peterburqda, Nevski prospektində, ev 55-in yaxınlığında buzlaq 43 yaşlı kişinin başına düşüb.

SİA xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb. Qəza dekabrın 18-i axşam saatlarında baş verib.

Hadisə şahidləri təcili yardım çağırıblar.

Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb.

Sankt-Peterburq sakininin diaqnozu qapalı kəllə-beyin zədəsi, beyin silkələnməsi, həmçinin parietal nahiyədə əzilmiş yaradır.

Müayinədən sonra bədbəxt kişi öz yaralarını sağaltmaq üçün evə göndərilib.

Bundan əvvəl İstintaq Komitəsi Sankt-Peterburqda uşağın başına düşən buzlaqla bağlı insidentlə maraqlanıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə