...Yeni Ferrari 12Cilindri istehsalına yenicə daxil olub və kupelərdən biri artıq qəzaya uğrayıb.
SİA-nın məlumatına görə, qəza Lüksemburqda baş verib və qəza yerindən fotolar İnstaqramda -supercar.fails səhifəsində dərc edilib.
Hadisə payızda baş versədə, ancaq bununla bağlı indi məlumat verilir. Qəza haqqında çox az məlumat var, yalnız Ferrari superkarının jurnalist testi zamanı qəzaya uğradığı qeyd olunur.
Altı Ferrari 12Cilindri kupesi aparıcı avtomobil mediası tərəfindən sınaqdan keçirilməsi üçün Lüksemburqa çatdırılıb. Fotoda superkarın yağışlı havada dar yolda sınaqdan keçirildiyi görünür. Görünür, sürücü yaş asfaltda idarəetməni itirib və avtomobil sürüşüb.
Ferrari-nin ön və arxa hissələrinə ciddi ziyan dəyib. Superkarın təmiri ucuz başa gəlməyəcək. Xatırladaq ki, yeni Ferrari 12Cilindri 812 Superfast modelini əvəz edib. Avtomobilin qiyməti 395.000 avrodan başlayır.
Ferrari superkarı 819 at gücü hasil edən yüksək dövrəli 6,5 litrlik V12 mühərriki ilə təchiz edilib.
O, 100 km/saata 2,9 saniyəyə, 200 km/saata isə 7,9 saniyəyə sürətlənir.
Onun maksimal sürəti 340 km/saatdan çoxdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə