...Miçiqan Universitetinin tədqiqatçıları hansı qidaların insan ömrünə mənfi təsir göstərə biləcəyini öyrənmək üçün araşdırma aparıblar.
SİA-nın əldə etdiyi məlumata görə, alimlər işin gedişində yağ, şəkər və digər makro və mikroelementlərin tərkibini nəzərə almaqla sağlamlığa təsirini qiymətləndirmək üçün 6000-ə yaxın məşhur Amerika məhsulunu təhlil ediblər.
Tədqiqatın nəticələri göstərib ki, ömür müddətini qısaldan məhsullar arasında fast food lider mövqe tutur.
Beləliklə, sosiskalar 36 dəqiqə, hisə verilmiş ət - 24 dəqiqə, yumurta və sendviç ilə səhər yeməyi - 13,6 dəqiqə həyatınızdan “kəsə” bilər.
Şəkərsiz soda, çizburger və donuz kimi digər məşhur qidalar da ömrün uzunluğuna mənfi təsir göstərərək onu müvafiq olaraq 12, 9 və 6 dəqiqə azaldır.
...Digər tərəfdən, bəzi məhsullar, əksinə, ömrünü uzada bilər. Fıstıq yağı və jele sendviçi ömrünü 32 dəqiqə, qoz-fındıq və toxumları 24 dəqiqə, meyvə və bəzi balıqları isə insan ömrünü 10 dəqiqə artırır.
Tədqiqatçılar həmçinin vurğulayıblar ki, qida rasionunda meyvə və tərəvəzlərin nisbətinin artırılması ömür uzunluğunun əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Ət və ya işlənmiş qidalardan deyil, bu qidalardan aldığınız kalorilərin hər 10 faizi ömrünüzü 48 dəqiqə artıra bilər.
...Tədqiqatın müəlliflərindən biri olan professor Olivye Colyetin sözlərinə görə, pəhrizin dəyişdirilməsi insan sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər və bu, adi menyuda köklü dəyişikliklər tələb etmir.
O qeyd edib ki, hətta kiçik pəhriz düzəlişləri də uzunmüddətli sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər.
Daha əvvəl ABŞ-da onlar hansı qidaların xərçəngə və insanların sürətli qocalmasına səbəb olduğunu öyrənmişdilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə