...Britaniyalı epidemioloq, London Kral Kollecinin professoru Tim Spector BBC radiosunda deyib ki, qırmızı şərab diabet riskini əhəmiyyətli dərəcədə azalda və həmçinin qan təzyiqi və xolesterin səviyyəsini aşağı sala bilər.
Əkiz tədqiqatı, genetika, epigenetika, mikrobiom və pəhriz üzrə ekspert, “Pəhriz mifi: Yediyimizin əsl elmi” kitabının müəllifi Spector, şərabın tərkibindəki yüksək polifenollara - antioksidant xüsusiyyətlərə malik bitkilər tərəfindən istehsal olunan kimyəvi maddələrə görə faydalı olduğuna inanır. Professor onların insan orqanizminə müsbət təsir göstərməyə qadir olduğunu bildirib.
Ürək-damar sağlamlığı ilə yanaşı, qırmızı şərab bağırsaq mikrobiotasına da faydalı təsir göstərir: qırmızı şərab içən insanlar içməyənlərə və digər spirt növlərini qəbul edənlərə nisbətən daha sağlam və müxtəlif mikrobiotaya malik idilər. ...Bununla belə, alim qeyd edib ki, qırmızı şərab içərkən mötədilliyə riayət etmək lazımdır.
Spector, həddindən artıq spirt içməyin sağlamlıq üçün mənfi təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə