Çində 100 min illik qalıqlar tapılıb...

Çində yerləşən Şuanxe mağarasında 100 min illik olduğu qeyd olunan panda fosillərinə rast gəlinib.

SİA-nın məlumatına görə, Çinin Guicou əyalətində yerləşən Asiyanın ən uzun, dünyanın isə üçüncü ən uzun mağarası olan Şuanxe mağarasında panda fosillərinə rast gəlindiyi bildirilib. 2003-cü ildən etibarən çox sayda qalıqların çıxarıldığı bu mağarada tapılan 46 nəhəng panda fosilinin 100 min illik olduğu qeyd edilib.

Geoloji möcüzə olaraq adlandırılan Şuanxe mağarasından çıxarılan qalıqların Buz Dövrünün sonunda nəhəng panda populyasiyasının genetik təkamül tarixini anlamaq üçün nadir bir nümunə təqdim edə biləcəyi düşünülür.

Bütün xəbərlər Facebook səhifəmizdə