...26 yaşlı Dan Duran adlı gənc uzun müddət dilindəki xoraya əhəmiyyət vermədiyini, lakin asqırarkən dilini dişlədikdən sonra həkimə müraciət etmək məcburiyyətində qaldığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Bristol Post” xəbər verir ki, o, həkimlərdən onun ölümcül, aqressiv xərçəng növü olduğunu öyrənib.
...Duranın sözlərinə görə, o, 2023-cü ilin yayında dilində kiçik bir sikkə ölçüsündə ağımtıl yara görüb, lakin buna əhəmiyyət verməyib. Sonradan o, arıqlamağa və boğaz ağrısına da fikir verməyib.
Təxminən bir il sonra o, asqırarkən dilini dişləyib və bu, xoranın iltihabına, ağrılı olmasına səbəb olub. Kənc xəstəxanaya gedib və orada ona aqressiv dil xərçəngi diaqnozu qoyulub.
...Tibb bacısı dedi ki, bəxtim gətirib ki, dilimi dişləmişəm. Bu, xərçəngin erkən aşkarlanmasına kömək edib. Diaqnozu mənə deyəndə göz yaşları tökdüm, hər şey qeyri-real görünürdü.
Bunu Duran xatırlayır.
Gənc 11 saat davam edən cərrahiyyə əməliyyatı keçirib və dilinin yarısı, həmçinin bir limfa düyünlə birlikdə şiş çıxarılıb. Həkimlər daha sonra ön kolun dərisi və arteriyalarından istifadə edərək dili rekonstruksiya ediblər.
Əməliyyatdan sonra kişi danışmağı, yeməyi, içməyi və udmağı yenidən öyrənməli olub. İndi yumşaq yemək yeyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə