Rusiya regionunda qeyri-adi cüt ayı "kamera tələsi"nə düşüb

Bu günlərdə Boksitoqorsk yaxınlığında qeyri-adi bir cüt yetkin ayı kameraya düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli Online47 portalı xəbər yayıb.

Belə ki, “kamera tələsi” sentyabr ayı ərzində Rusiya bölgəsindəki qidalanma məntəqəsinə bir araya gələn iki yetkin heyvanı çəkib.

Məlumdur ki, ayılar, bir qayda olaraq, tək həyat tərzi keçirirlər. İstisna, ana və balaların böyük ailə qruplarında və ya cütləşmə mövsümündə toplaşdıqları zamandır.

...Faunanın Mühafizəsi, Nəzarəti və İstifadəsinin Tənzimlənməsi Komitəsinin ekspertləri qeyd edirlər ki, “Suallar çoxdur, amma cavablar az”.

Yeri gəlmişkən, sentyabr ayında Samara vilayətindəki Jiqulevski Təbiət Qoruğunda kamera tələsi çöl donuzları arasında baş verən davanı çəkib. Yayılan kadrlardan görünür ki, heyvanlar qidalanma yerinə gələrək duz yeməyə başlayıblar. Lakin qabanlardan biri ləzzəti başqaları ilə bölüşmək istəməyib və dava edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə