Əcnəbi futbolçu rusların qəribə xüsusiyyətindən danışıb

Moskvanın CSKA klubunun venesuelalı hücumçusu Saul Quarirapa rusların qəribə xüsusiyyətindən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Match TV sitat gətirir.

Deməli, əcnəbi futbolçu bildirib ki, Rusiyada çox soyuqdur və rusların belə havaya sakitcə dözməsi ona qəribə görünüb. Ruslar yəqin ki, soyuqluğu hiss etmirlər, deyə o, düşündüyünü bildirib.

21 yaşlı futbolçu sentyabrda Venesuelanın Karakas klubundan icarə əsasında ÇSKA-ya keçib. Bundan əvvəl o, Soçidə də icarə əsasında bir mövsüm keçirib. Bundan əvvəl Moskva "Dinamo"sunun kolumbiyalı yarımmüdafiəçisi Xorxe Karraskal ruslar haqqında yalan stereotip adlandırmışdı.

O bildirib ki, guya rus xalqına boş yerə “sərt” deyirlər..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə