Britaniya üzərində günəş batmırdı, çünki …

“Üzərində günəş batmayan imperiya” ifadəsi Britaniya üçün niyə işlədilir?

Dəfələrlə eşitdiyimiz “üzərində günəş batmayan imperiya” ifadəsinin pərdə arxasını nəzərdən keçiririk. “Britaniya üzərində günəş batmırdı, çünki...” deyə sözlərimizə başlayırıq.

SİA-nın əldə etdiyi məlumata görə, “Üzərində günəş batmayan imperiya” ifadəsi Britaniyanın möhtəşəm böyüklüyünü və qlobal təsirini vurğulamaq üçün işlədilir. İmperiya XIX əsrin sonu və XX əsrin əvvəllərində o qədər böyük bir ərazini idarə edirdi ki, saat fərqinə görə dövlətin bir hissəsində gecə yaşanarkən, digər ucunda gündüz olurdu. Bu dövrdə imperiya Şimali Amerikadan Asiyaya, Afrikadan Avstraliyaya qədər bir çox qitədə torpaqlara sahib idi. Onların ən önəmli bölgələri arasında Hindistan, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Misir və Karib dənizi bölgəsi yer alırdı. Bundan əlavə, Yaxın Şərqdə İraq və Fələstin, Uzaq Şərqdə Honq Konq və Sinqapur, eləcə də Afrikanın böyük bir hissəsi Britaniyanın nəzarətində idi.

İmperiya ən geniş dövründə 33 milyon kvadrat kilometr əraziyə hökm edirdi. O dövrdəki dünya əhalisinin təxminən dörddə biri, yəni 400 milyon insan Britaniya kralının idarəsi altında idi. Bu qədər geniş coğrafiyaya hakim olmaq onun dünya siyasətində və iqtisadiyyatında böyük təsirə malik olmasını göstərirdi. İmperiya dəniz ticarət yollarını nəzarətdə saxlayır, zəngin resursları istismar edir və mədəni, siyasi təsirini dünyanın hər guşəsində hiss etdirirdi. Lakin belə geniş bir ölkəni idarə etmək asan deyildi.

Zaman keçdikcə millətçi hərəkatlar, iqtisadi çətinliklər və dünya müharibələri kimi amillər imperiyanın zəifləməsinə səbəb oldu. XX əsrin ortalarından etibarən Britaniya öz müstəmləkələrini itirməyə başladı. Bu gün bu geniş imperiyanın qalıqları Britaniya Millətlər Birliyi adı altında müstəqil dövlətlər kimi mövcuddur. Bu ölkələrin pullarında və poçt markalarında imperiyanın simvolları yer alır. Hətta indiki Britaniya kralı III Çarlz həm də Avstraliya və Yeni Zelandiya Kralı titulunu daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə