Yüzlərlə insan "VkusVilla" zefirindən zəhərlənib

...Yüzlərlə insan “VkusVill” mağazasında satılan “Klassik” zefirdən zəhərləndiklərindən şikayət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mash” Telegram kanalı yazır.

Əvvəla qeyd edək ki, “VkusVill” mağazasının Rusiyanın əksər şəhərlərində filialları mövcuddur.

Deməli, kanal abunəçiləri mağazaya şikayət məktubu göndəriblər.

Və “VkusVill” onlara üzürxahlıq edərək həkimə müraciət etməyi tövsiyə edib.

Maraqlıdır ki, məktubun sonunda mağaza nümayəndələri məhsulların yüksək keyfiyyətə malik olduğunu bildiriblər.

...İnternet istifadəçiləri yazır ki, zefir yedikdən sonra hətta dərmanlar belə ağrıları azaltmağa kömək etməyib. Onlar hadisənin səbəbinin şəkər əvəzedicisi və tatlandırıcı kimi istifadə edilən nişastadan alınan spirt olan maltitol ola biləcəyini irəli sürüblər.

Qeyd edilməlidir ki, bu maddə laksatif təsirə malikdir, ishala səbəb olur, uşaqlar, yeniyetmələr və hamilə qadınlar üçün tövsiyə edilmir.

...Bundan əvvəl Kamçatka ərazisində məktəblilərin kütləvi zəhərlənməsi baş verib, buna görə 11 uşaq kəskin bağırsaq infeksiyası əlamətləri ilə tibb müəssisələrinə yerləşdirilib. İstintaq Komitəsi hadisənin baş vermə şəraitini yoxlamağa başlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə