İtkin düşən tablo 83 il sonra əsl sahiblərinin nəvələrinə qaytarıldı
İkinci Dünya Müharibəsi (1939-1945) zamanı itkin düşən və nasistlər tərəfindən oğurlandığı düşünülən dünya şöhrətli fransız rəssamı Klod Moneyə aid olan tablo 83 il sonra əsl sahiblərinin nəvələrinə qaytarılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Amerika mətbuatında yer alan xəbərlərə görə, Avstriyada yaşayan bir cütlük Moneyin ilk dövr əsərlərindən biri olan "Bord de Mer" adlı tablosunu anbarlarından itməsindən bəri onu axtarırdı.
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) verdiyi məlumata görə, İkinci Dünya Müharibəsi zamanı Vyanadakı evlərindən qaçan bir cütə aid olan rəsm əsəri 1941-ci ildə açıq hərracda alınıb.
Müharibə zamanı nasistlər tərəfindən oğurlandığı düşünüldüyü və 1941-dən sonra yenidən itkin düşən tablo 2016-cı ildə Fransadakı bir sərgidə yenidən üzə çıxıb. Əsər daha sonra ABŞ-ın Nyu-Orleans şəhərində yerləşən bir əntiq əşya satıcısının kolleksiyasına əlavə olunub.
Antik satıcısının bu tabloyu Vaşinqton ştatında yaşayan bir cütə satdığını öyrənən FBİ əsərlə bağlı tədqiqat başlatdı.
Cütlük Moneyə aid əsəri 500 min dollardan yüksək bir qiymətlə Hyustonda açıq hərraca çıxardı, lakin tablonun keçmişini öyrəndikdən sonra onu FBİ-ya təhvil verdi.
Əsərin əsl sahibləri və övladları həyatları boyu bu əsəri tapmaq üçün çalışsalar da, "Bord de Mer" tablosu oğurlanmasından 83 il sonra nəvələrinə qaytarıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə