Quduz küçə pişiyi ev itini dişləyib...

Ərazi karantinə alınıb

...Gözlənilməz hadisə Belarusun Jodino şəhərini sarsıdıb. Belə ki, şəhərin 8 Mart küçəsində aqressiv “küçə pişiyi” Jodinoya qonaq gələn Minsk sakinlərinin itinə hücum edib və...

SİA-nın əldə etdiyi məlumata görə, “Ex-press.live” yazır ki, sonradan pişikdə quduzluq olduğu aşkarlanıb.

Yerli qəzetlər xəbər verir ki, şəhər hakimiyyəti təhlükəli virusun mümkün yayılmasının qarşısını almaq üçün iki aylıq karantin elan edib.

...Deməli, sentyabrın 28-də Minsk sakinləri sevimli itlərini də yanlarına salaraq dostlarını ziyarət etmək üçün Jodinoya gəliblər.

...Və 10 saylı evin yaxınlığında küçədə gedərkən heyvan qəfildən sahibsiz pişiyin hücumuna məruz qalıb.

Döyüşdə xəsarət alan pişik tezliklə ölüb.

...İtin sahibləri gecikmədən qonşu Smoleviçidəki baytarlıq məntəqəsinə müraciət ediblər. İtin müayinəsindən sonra baytarlar şübhələri təsdiqləyiblər - pişikdə quduzluq var imiş.

Belə ki, oktyabrın 7-də gələn laboratoriya müayinələrinin nəticələri bu təhlükəli xəstəliyi təsdiqləyib.

…Jodino hakimiyyəti itə hücumun baş verdiyi mikrorayonda karantin elan edib.

Karantin iki ay davam edəcək və bu müddət ərzində sakinlərdən baytar həkimlərin tövsiyələrinə ciddi əməl etmələri tələb olunub: küçə heyvanları ilə təmasdan qaçın, ev heyvanlarını peyvənd edin və heyvanların davranışında hər hansı qəribəliklərə diqqət yetirin və s…

Mütəxəssislər vurğulayıblar ki, bu müddət ərzində yeni quduzluq halı aşkarlanmasa, karantin ləğv olunacaq.

Xatırladaq ki, Jodinoda sonuncu quduzluq hadisəsi 2020-ci ilin əvvəlində, xəstə tülkü keşikçi iti dişlədiyi zaman qeydə alınıbmış.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə