Brest sakini alkoqoldan pul qazanmaq üçün sxem hazırlayıb

...Belarusda, Brestdə yerli sakindən böyük partiya surroqat spirti müsadirə edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

...Deməli, 42 yaşlı kişinin evdə saxta spirtli içki saxlaması barədə məlumat Brest vilayətinin Daxili İşlər İdarəsinin əməkdaşlarına daxil olub. Onlar Brest sakininin evinə basqın edərək 54 qutuda 540 litrdən çox spirtli içki, ümumi həcmi təxminən 80 litr olan 114 butulka saxta araq, həmçinin boş butulkalar, etiketlər və dispenserlər olan qapaqlar aşkar ediblər. Bütün bunlar müsadirə olunub.

...Kişi, iki ildir ki, evdə surroqat spirti hazırladığını deyib. O, spirt daçıyan yük maşınlarından spirt alıb, daha sonra kustar üsulla saxta spirtli içkilər hazırlayıb və onu müəyyən edilmiş müştəri bazasına satıb.

Bunu Daxili İşlər Nazirliyindən bildirilib.

...Kişinin evdə hazırlanmış spirtli içkilərin satışından ən azı 24 min rubl qazandığı qeyd edilir.

İndi onu səkkiz min rubl cərimə gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə