Səbr ilə halva bişər, ey qora, səndən..?

Mütəxəssislər 2035-ci ilə qədər Rusiyada doğum nisbətinin artacağını düşünürlər…

...Rusiyada doğum nisbəti ilə bağlı vəziyyət yaxın onillikdə dəyişə bilər. Guya 2035-ci ilə qədər ölkədə onun səviyyəsi arta bilər.

SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun ekspertlərinə istinadən xəbər verir.

Deməli, onların proqnozlarına görə, doğum səviyyəsi, o cümlədən 2010-cu və sonrakı illərdə anadan olan qadınların indikindən daha çox nəsillərinin reproduktiv yaş həddinə daxil olması hesabına artacaq.

İnstitutun analitik qeydindən belə çıxır ki, hazırkı doğum əmsalı “aktiv reproduktiv yaşda olan qadınların nisbətinin əlverişsiz yaş strukturu” ilə bağlıdır.

Qeyd olunur ki, rusiyalı qadınlar orta hesabla ilk övladını 26,2 yaşında dünyaya gətirirlər.

Bu arada, 2023-cü ildə Rusiya Federasiyasında ümumi doğuş nisbəti, Rosstat-a görə, 1,41-ə (bir qadına düşən uşaqların orta sayı) düşərək çoxillik minimuma çatıb.

Qeyd edək ki, keçən ilin yayında Kreml Rusiyada fəlakətli doğum səviyyəsini açıqlamışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə