Anasını qocalar evinə yerləşdirə bilməyən “oğul” onu möhkəm döyüb

...Deməli, Rostov vilayətində oğul əlil anasını döyüb. Səbəb, onu qocalar evinə qəbul etdirə bilməməsi…

SİA-nın əldə etdiyi məlumata görə, “Komsomolskaya Pravda” yazır ki, anasını döyən oğul, iki il ciddi rejimli koloniyada cəza çəkib.

Nəşrin məlumatına görə, 76 yaşlı rusiyalı qadın yarı iflic olub, onun müstəqil hərəkət etməsi çətinləşib və o, demək olar ki, daim əlil arabasında olub.

Əlil anasına baxa bilmədikləri üçün oğul və onun həyat yoldaşı yaşlı qadını qocalar evinə yerləşdirmək qərarına gəliblər.

Onlar ananı bayram həftəsonu ərəfəsində xüsusi bir müəssisəyə aparmaq qərarına gəliblər, lakin müəssisə rəhbərliyi onlara bayramdan onlarla əlaqə saxlamağı xahiş edib. Və onlar ananı geri, evə qaytarmalı olublar.

Evə qayıtdıqdan bir neçə saat sonra yaşlı qadın oğlundan onu ayaqyoluna aparmasını istəyib, o isə cavabında onu divandan aşağı atıb və “qalx, özün get” sözləri ilə təpikləməyə başlayıb.

Deyilənlərə görə, anasını döyən oğulu işdən qayıdan həyat yoldaşı saxlayaraq, polis və təcili yardım çağırıb.

Həkimlər ananın bud sümüyünün sınığı diaqnozu qoyublar.

…Oğula qarşı cinayət işi açılıb və məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib.

Qadını isə qocalar evinə yerləşdiriblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə