Qəlpəni 2020-ci ildən bəri bədənində gəzdirirmiş..?

Polşalı həkimlər 2020-ci ildən bəri bədənində qəlpə parçası gəzdirən belaruslu keçmiş siyasi məhbusun qolundan həmən o qəlpəni çıxarıblar

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “MOST” yazır. Deməli, 2020-ci ildə Minskdəki etirazlar zamanı Yeqor Evstratov Daxili İşlər Nazirliyinin əməkdaşının avtomobilinə ziyan vuran qrupun tərkibində olub.

Amma, demə, bu təxribatmış. Yəni yerli polis fəal etirazçıları həbs etmək üçün qurama bir oyun oynayırmış və bu oyun alınıb..?

Deməli həbs zamanı Yeqor ov tüfəngindən açılan atəşlə yaralanıb. Daha sonra o bədənində 18-ə yaxın yara aşkar edib. Buna baxmayaraq, Evstratov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin şəxs cəzasını çəkdikdən sonra sərhəd çayını üzərək Litvaya qaçıb.

Litva onu Dublin müqaviləsinə uyğun olaraq Polşaya təhvil verib - belaruslu Polşa vizası alıb.

…Və bu il, avqustun sonunda, Evstratov Bialystokda həkimə müraciət edib: həbs zamanı yaralanan qolunda dərinin dərinliyində şiş meydana gəldiyini bildirib. Cərrah müayinə edərək belə qənaətə gəlib ki, orada nəsə ilişib qalıb və əməliyyat lazımdır.

…2020-ci ildə həbs olunduqdan sonra məni xəstəxanaya apardılar, orada yaralarımı müalicə edib tikişlər qoydular. Heç ağlıma da gətirə bilməzdim ki, bədənimdə hər hansı bir qəlpə parçası qalacaq. Amma yenə də əməliyyat olunmağa qərar verdim. Və həqiqətən də həkim qolumda rezin top şəklində bir “parça” tapdı.

Bunu belaruslu siysi məhbus deyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə